Ötən il Azərbaycan 115,7 milyon dollar dəyərində diri heyvan idxal edib.
Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ölkənin diri heyvan idxalına çəkdiyi xərc illik müqayisədə 49 % çoxdur. Bununla da Azərbaycanın diri heyvan idxalına çəkdiyi xərc son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
Azərbaycanın diri heyvan idxalına çəkdiyi xərc belə olub:
İllər |
Xərc |
2014 |
52,3 milyon dollar |
2015 |
51,6 milyon dollar |
2016 |
28,6 milyon dollar |
2017 |
49,3 milyon dollar |
2018 |
57,5 milyon dollar |
2019 |
59,7 milyon dollar |
2020 |
68,3 milyon dollar |
2021 |
56,8 milyon dollar |
2022 |
77,7 milyon dollar |
2023 |
115,7 milyon dollar |
Gözəl Həşimova