"Bu günlərdə eşitdik ki, ölkədə 40 minə qədər taksinin ləğv olunması istənilir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

"Hesab edirəm ki, Bakı şəhərində ən azı ictimai nəqliyyatı yaxşılaşdırmaq lazımdır və bizim şəhərdə Avropa göstəricilərinə uyğun minimum 3 min avtobus olmalıdır. Amma bu avtobusların sayı olduqca azdır. Ona görə də taksilərin azaldılması ilə bağlı qərarın qəbul edilməsinə yol vermək olmaz", - deyə o qeyd edib.