Dənizlinin Merkezəfəndi rayonunda meşəlik ərazidə yanğın baş verib.


İqtisadiyyat.az xəbər verir ki, Dənizli Meşə Region Müdirliyinə bağlı qruplar, Başkarcı dağının İsrafil dərəsi ərazisində hələ naməlum səbəbdən baş verən yanğına sövq edilib.

Küləyin təsirli olduğu bölgənin dağlıq və sıldırımlı olması komandaların müdaxiləsini çətinləşdirib.

Dənizli Xilasetmə qrupları, tankerlərlə su daşıyaraq söndürmə işlərinə dəstək verir.

Digər tərəfdən, jandarma və polis qrupları tədbir olaraq əraziyə girişləri bağlayıb.