Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

Bununla bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis baş leytenantı Bayram Cəfərov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatdək Laçın Rayon Polis Şöbəsində çalışıb.unikal.org