Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə bu gün səhər daha bir humanitar yardım daşıyan təyyarə Türkiyənin zəlzələ bölgəsinə yola düşüb.

İqtisadiyyat.az xəbər verir ki, 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar çatdırılacaq.