Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 253 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 199 nəfərdir.

Ölkədə son sutka ərzində 2 624, hazırkı dövrədək isə 6 746 085 test aparılıb.

 

  • Daha 16 nəfər koronavirusa yoluxub, ÖLƏN YOXDUR