Kolumbiya hökuməti İsrailin Qəzzaya hücumlarını əsas gətirərək, bu ölkəyə kömür ixracını rəsmi olaraq dayandırmağa qərar verib.

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkə prezidenti Qustavo Petro "X" sosial media platformasında İsrailə kömür ixracını qadağan edən fərmanı paylaşıb.

Məlumata görə, fərmanın rəsmi qəzetdə dərcindən beş gün sonra qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, Kolumbiya hasil etdiyi ümumi kömürün 5%-ni İsrailə ixrac edib.

 

Gözəl Həşimova