Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində Nüvə Enerjisi Sammitində çıxış edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

Qeyd edilib ki, nazir Azərbaycanın nüvə texnologiyalarının tətbiqi, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq perspektivləri, mina təhlükəsinin aradan qaldırılması, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin prioritetləri barədə danışıb.