Cənubi Koreya rəhbərliyi ilk dəfə olaraq “nüvə silahı əldə etmək” mesajını verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər və müdafiə rəsmiləri ilə görüşən Cənubi Koreya prezidenti Yoon Suk Yeol açıqlamalar verib.

Yoon ilk dəfə Cənubi Koreyanın nüvə silahı əldə edə biləcəyini bildirib.

"Şimali Koreyanın nüvə təhlükəsi artarsa, öz nüvə silahlarımızı əldə edə bilərik. Belə bir vəziyyət uzun sürməyəcək".

Qeyd edək ki, Şimali Koreya 2022-ci ildə bölgədə 37 raket sınağı həyata keçirib.