Maaşların artırılması ilə bağlı təklif irəli sürülüb və bununla bağlı qərar qəbul edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) maaşları artırılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə universitetin Elmi Şurasının iclasında rektorun müşaviri Ümid Mehdiyev bildirib.

Maliyyə komissiyasının təklifləri barədə məruzə edən Ü.Mehdiyev vurğulayıb ki, ADPU-da əməkdaşların əmək haqqının minimum 10 faiz artırılması təklif olunur.

Yekunda təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.