Dünyada əhalisindən çox qoyunu olan ölkələrin siyahısı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az dünya statistikasına əsasən araşdırma aparıb.

Qoyunların əhalidən daha çox olduğu ölkələr bunlardır: Avstraliya, Yeni Zelandiya, Mavritaniya, İslandiya, İrlandiya, Namibiya, Uruqvay, Uels və Monqolustan.

Araşdırma zamanı məlum olub ki, sözügedən ölkələrdə məşğuliyyətin ən geniş yayılmış forması heyvandarlıqdır. Burada kənd təsərrüfatının göstəriciləri yüksəkdir.

 

Gözəl Həşimova