“Azərişıq” ASC yaranan narahatlığa görə istifadəçilərdən üzr istəyir.

İqtisadiyyat.Az xəbər verir ki, bu gün saat 12:30-dan 14:30-a qədər Abşeron rayonunun Goradil və Fatmayi qəsəbələrindəki bağlara elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O, fasiləni həmin ərazilərdə aparılan yenidənqurma işləri ilə izah edib.