Bolvadin və Çay qəsəbələri ətrafında yerləşən Əbər gölündə bitənendemik bitki sortları arasında yer alan “Əbər sarısı” nı qoparana və üstündə gəzdirənə 60 min lirə (18 min manat) cərimə yazılır.

İqtisadiyyat.Az Anadolu xəbər agentliyinə istinadən məlumat verir ki, “paxlakimilərin kraliçası” adlandırılan Əbər sarısı dünyada sadəcə Türkiyədə Əbər və Ağşəhər gölləri ətrafında bitir.

Hər il onlarla elm adamı və fotoqraf, bitkinin şəklini çəkmək üçün bölgəyə gəlir.

Afyon Qocatəpə Universitetinin ədəbiyyat kafedrasının üzvü dosent Uğur Çingiz Ərişmiş verdiyi açıqlamada “piyan” bitkisi olaraq bilinən Əbər sarısının 1983-cü ildə elm dünyasına tanıdıldığını bildirib.

Bitkinin elm aləmində yaxın zamana qədər “Thermopsis turcica” adlandığını bildirən Ərişmiş, “Fəqət araşdırma nəticəsində bunun ayrı bir cins olaraq “Vuralia turcica” olduğu qəbul edilib. Dünyada sadəcə Əbər və Ağşəhər gölləri hövzəsində görmək mümkündür. Bitki hər il aprel və may aylarında çiçək açır. Ərazi mikroklimatik iqlimdə olduğu üçün bitki burada bitir. İqlimi qorumaq üçün rütubətlilik dərəcəsi eyni qalmalıdır. Bitkini özəl edən amillərdən biri də, bir çiçəkdən 3 meyvə verməsidir. Ortalama 30-85 sm-ə qədər uzana bilir. Bitkinin bir yerdən digərinə icazəsiz aparılması, qoparılmasına 60 min lirə (18 min manat) cəza kəsilir. Onsuz da ərazi milli qoruqdur”.

 

Mehman Nəbiyev