Böyük Britaniyada İctimai və Kommersiya Xidmətləri Birliyinin 124 dövlət idarəsindən olan 100.000 üzvü maaş və iş təhlükəsizliyi səbəbilə tətil edəcəklər.

Birliyin baş katibi Mark Servotka bildirib ki, tətil fevralın 1-nə planlaşdırılıb:

"Biz hökumətə xəbərdarlıq etmişik ki, onlar bizi dinləməsələr, münaqişə daha da böyüyəcək və biz sözümüzün üstündə dayanırıq".

Serwotka əlavə edib ki, bu gün məlum məsələlərlə bağlı görüşlər keçiriləcək.

Qeyd edək ki, ölkədə bir çox sektorda tətillər gündəmdədir.