Milyonçuların və dünyanı formalaşdıran insanların hansı telefonlardan istifadə etdiyi demək olar ki, hər kəs üçün maraqlıdı. Bu çərçivədə, Windows əməliyyat sistemi ilə kompüter texnologiyasına verdiyi töhfənin yanında dünyanın ən zəngin iyirmi adamından biri olan Bill Qeytsin istifadə etdiyi telefonun markası açıqlanıb. 

Keçən il Samsung-un qatlana bilən telefonu olan Galaxy Z Fold 3 modelindən istifadə edən Geyts indi Galaxy Z Fold 4-dən istifadə edir.

Bill Qeytsin qatlana bilən telefon texnologiyasını sevdiyi aydındır. Bu kontekstdə Microsoft qatlana bilən telefonlar üçün tətbiqlərini optimallaşdırıb və şirkət hətta özünün qatlana bilən telefonu olan Surface Duo-nu təqdim edib. Lakin məşhur iş adamının Microsoft Surface Duo-dan niyə istifadə etmədiyi dəqiq məlum deyil.

Qeyts açıqlamasında hər iki Galaxy Z Fold telefonunun planşetə ehtiyac duymadan yaxşı və böyük ekranlara sahib olduğuna və səlis işlədiklərinə diqqət çəkib.