Biləsuvarda partlayış baş verən binada dağıntılar altından çıxanların şəxsiyyəti məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, onlar Yusif Fərqan oğlu Əliyev və Günay Cəfər qızı Əliyevadır.

***

20.56

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

İqtisadiyyat.az xəbər verir ki, FHN-dən bildirilib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

20:48

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

İqtisadiyyat.az xəbər verir ki, FHN-dən bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

20:40

Biləsuvar şəhəri Heydər Əliyev prospektində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində partlayış baş verməsi ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, FHN-dan olaraq bildirib ki, ilkin ehtimala görə mənzildə partlayış qaz sızmasından qeydə alınıb.

Dərhal FHN adiyyatı qurumları hadisə yerinə cəlb edilib. İlkin baxış zamanı partlayış baş berən mənzilin dam örtüyünü çökməsi müəyyən edilib. Hazırda əməliyyat davam etdirilir.

20:17

Biləsuvarda yaşayış binasında partlayış olub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.