Bəhreynli Yaqub Yusif Əhməd Mübarək, evlərində işıq olmadığı üçün gecə küçədə, işıq dirəyinin altında dərslərini edən 11 yaşlı uşağa yardım əli uzadıb.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, bir neçə həftə əvvəl, Perunun Moçe bölgəsində küçədə işıq dirəyinin altında dərslərini edən uşağın fotosu sosial mediada böyük reaksiyaya səbəb olmuşdu. Paylaşımı görüb təsirlənən Bəhreynli milyonçu Yaqub Yusif Əhməd Mübarək 5-ci sinifdə oxuyan 11 yaşlı Viktor Martin Anqulonun yaşadığı məhəlləyə gedib. Anqulonun və ailəsinin maddi durumundan əlavə, məhəllə sakinlərinin də sosial həyatı Mübarəkə çox pis təsir edib. Viktor və ailəsinə ev bağışlayan Bəhreynli milyoner, Viktorun anasının işləyib pul qazanması üçün ona iş qurmağı və məhəllədəki məktəbə də maddi yardım söz verib. Mübarək, Viktorun yeni evini və maliyyə ayıracağı məktəbi görməsi üçün dekabr ayında təkrar həmin məhəlləyə gedəcəyi barədə söz verib.