ABŞ prezidenti Co Baydenin Delaverdəki iqamətgahında yeni "məxfi sənədlər" dəsti tapılıb.


ABŞ prezidenti Co Baydenin müşavirlərindən Riçard Sauber mövzu ilə bağlı verdiyi yazılı açıqlamada, Baydenin vəkillərinin noyabrın 2-də Vaşinqtondakı Penn Bayden Diplomatiya və Qlobal Münaqişə Mərkəzindəki ofisində “məxfi” sənədlərin aşkar edilməsini izlədiyini bildirib.

Vəkillərin daha sonra Baydenin Delaverdəki Wilmington və Rehoboth Beachdəki iqamətgahlarını araşdırdıqlarını qeyd edən Sauber, Delaverdəki iqamətgahında 2009-2017-ci illər arasında vitse-prezidentliyindən az sayda yeni məxfi sənədlərin olduğunu söyləyib.

Sauber qeyd edib ki, “məxfi” ifadəsi olan bu sənədlər Baydenin bəzi şəxsi və siyasi sənədləri arasındadır. Sənədlərin birindən başqa hamısının Baydenin Wilmingtondakı iqamətgahının qarajındakı anbarda olduğunu bildirən Sauber, digər bir səhifəlik sənədin qaraja bitişik otaqda saxlanılan materiallar arasında tapıldığını bildirib.