Yenilənmiş Gəncə mağazasında 50%-dək endirim!
 
Baku Electronics Gəncə mağazasının yenilənərək alıcıların istifadəsinə verilməsi ilə bağlı tədbir təşkil edilib. Yenilənmiş mağazanın açılış tədbiri rəsmi, interaktiv, əyləncə, hədiyyəli oyunlar və musiqi hissəsindən ibarət olub. Baku Electronics mağazalar şəbəkəsinin satış üzrə departament müdirinin iştirakı ilə mağaza yenidən rəsmi olaraq gəncəlilərin istifadəsinə verib. Açılış nitqi və lentkəsmə mərasimindən sonra qonaqlara mağaza və yenilənmiş mağazanın açılışı münasibətilə keçirilən kampaniya haqqında məlumat təqdim edib.
 
Xatırladaq ki, mağaza Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi və Şah İsmayıl Xətai prospektinin kəsişməsində yerləşir. Yenilənmiş mağazada alıcılara yerli və beynəlxalq brendlərə məxsus müxtəlif növ elektronika məhsul çeşidləri sərgilənir. Mağazanın yenilənməsi və yenidən istifadəyə verilməsi ilə bağlı 25 yanvar tarixinədək 50%-dək endirim və ilkin ödənişsiz, faizsiz, komissiyasız, 18 ayadək hissəli ödəniş imkanı alıcıları gözləyir.

Xatırladaq ki, Baku Electronics 29 ildən artıqdır ki, alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir.

Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi və onlarla digər dünyada tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.

Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics-in paytaxt və regionlarda artıq 30-dan çox mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az vebsaytı fəaliyyət göstərir.
Baku Electronics haqqında xəbərlərdən, kampaniyalarından xəbərdar olmaq və endirim fürsətlərini əldən verməmək üçün şirkətin rəsmi səhifələrini izləməyi unutmayın.
 
https://www.linkedin.com/company/bakuelectronics/ 
 
https://www.instagram.com/bakuelectronics.az/ 
 
https://www.facebook.com/Bakuelectronics.MMC/ 
 
https://www.youtube.com/user/BakuElectronicsMMC 
 
https://www.tiktok.com/@bakuelectronics