Bakıxanovda su xəttində təmir işləri aparılacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi işə aparılacaq.

Təmir işi ilə əlaqədar sentyabrın 6-da, saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.