Bakıda şirniyyat mağazasının vitrinində siçan görünüb.

İqtisadiyyat.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda gəmirici canlının vitrindəki şirniyyatların arasında gəzdiyi görünür.

Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, video Memar Əcəmi stansiyasının yaxınlığındakı şirniyyat mağazasının önündə çəkilib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi İlkin Kərimovla əlaqə saxladıq.

O, açıqlamasında məsələnin agentlik tərəfindən nəzarətə götürüldüyünü bildirdi:

"Məlumat sosial şəbəkədə yayıldığı üçün hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Məhəbbət Məmmədov