Bakıda müşahidə edilən küləkli hava şəraiti vətəndaşların işini çətinləşdirib. Dünən axşam saatlarından etibarən ağacları, müxtəlif təyinatlı obyektlərin damını aşıran külək bu gün avtomobillərin də zərər görməsinə səbəb olub. Jurnalist Pərviz Həşimli bu barədə fotolar paylaşıb. Onun avtomobilinin ön şüşəsi binanın 14-cü mərtəbəsindən düşən kafel parçası ilə zədələnib.