Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. İndiyə qədər şirkətin səhmlərinin 57,9785%-i “Bank Respublika”ya, hər biri 9,375% olmaqla "Diamond Motors", "Subaru Azerbaijan" və "Yeni Motor" MMC-lərə, 6,9653%-i Murad Arif oğlu Rəhimova, 6,9312%-i Behbud Çingiz oğlu Nəcəfova məxsus olub. Göründüyü kimi, səhmdarlar arasında alqı-satqı predmeti olmuş səhmlər qədər paya malik olanı yoxdur. Bu isə onlardan birinin və yaxud bir neçəsinin malik olduğu səhmlərdən bir hissəsini yeni səhmdara satması qənaətinə gəlməyə imkan verir.