Azərbaycana bu ilin yanvar-iyul aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 362 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 milyon dollar çoxdur.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,79%-ni təşkil edib.

Əlavə edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycan 376,7 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

 

Gözəl Həşimova