Azərbaycanda bu ilin yanvar-iyun aylarında neft məhsullarının istehsalının dəyəri 2248,3 milyon manat təşkil edib. Bu da 2022-ci ilin eyni ayları ilə müqayisədə 23% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə neft məhsullarının istehsalında neft koksunun istehsalı 61,9%, sürtkü yağlarının istehsalı 60,5%, avtomobil benzininin istehsalı 39,2%, dizel yanacağının istehsalı 33,9% artıb, neft bitumu istehsalı 37%, mazut istehsalı isə 93,8% azalıb.

 

Gözəl Həşimova