Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə 28 May - Respublika Gününə həsr olunmuş klip ekranlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində çəkilən klip bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletindən vals musiqi parçasının ifası üzərində ərsəyə gəlib. Musiqinin ifaçısı Avropada musiqi təhsili almış gənc pianoçu, Prezident təqaüdçüsü Nərmin Nəcəflidir.