Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,7% artaraq 819 milyon manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dövr ərzində tikinti gipsinin istehsalı 99,4%, əhəng istehsalı 20,6%, tikinti şüşəsinin istehsalı 17,4%, beton istehsalı isə 14,9% artıb.

 

Gözəl Həşimova