Azərbaycanda "Teleqram" sosial platformasının işində problemlər yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, hazırda sosial şəbəkənin fəaliyyətində məhdudiyyətlər meydana gəlib.

Belə ki, istifadəçilər səhifələrin və kanalların açılmaması, eləcə də mesaj göndərilməsi funksiyasının icra edilməməsi kimi problemlərlə üzləşiblər.

Məlumata görə, "Teleqram"ın fəaliyyətindəki nasazlıq qlobal xarakter daşıyır.