Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, “Azər-Türk Bank” nazirliyin qurumuna qarşı iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (sair öhdəliklər üzrə mübahisələr) bağlıdır.

Bankın “AzInTelekom”a qarşı iddiası Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.