İtaliyanın bazar tənzimləyicisi "Antitrust" şirkəti "Facebook" və "Instagram"ın sahibi olan "Meta" korporasiyasını səhv ticarət siyasətinə görə 3,5 milyon avro cərimələyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Korporasiya İtaliya departamentinin qərarı ilə razılaşmadığını və müvafiq addımları nəzərdən keçirəcəyini bildirib. "Meta" İtaliyada ilk dəfə deyil ki, cərimələnir.

 

Gözəl Həşimova