Azərbaycanda ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri barədə sorğu keçirilməsinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, sorğu Azərbaycan Mərkəzi Bankının (AMB) sifarişi ilə aparılacaq.

Hazırda AMB sorğu xidmətlərini həyata keçirəcək şirkət axtarır.

Qeyd edək ki, ev təsərrüfatları arasında mütəmadi keçirilməsi nəzərdə tutulan bu sorğuların nəticələrindən inflyasiyanın və digər makroiqtisadi göstəricilərin təhlili və proqnozlaşdırılmasında istifadə olunur. Sorğu iştirakçıları ölkənin bütün regionlarını əhatə etməklə respondentlərin gəlir səviyyəsinə, məşğuliyyət növünə, iş rejiminə, təhsilinə, yaşına və cinsinə görə təsnifləşdirilir. Sorğunun nəticələri əsasında istehlakçı inam indeksi və inflyasiya gözləntiləri indeksi hesablanır.