2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 266 mln. 826,67 min dollar dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

'Cari ilin yanvar-noyabr aylarında respublikaya 266 mln. 826,67 min dollar dəyərində 15 min 382,59 ton əczaçılıq məhsulu idxal edilib', - deyə məlumatda bildirilir.

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 228 mln. 328,55 min dollar dəyərində 14 min 259,35 ton əczaçılıq məhsulu gətirlmişdi. Beləliklə, cari ilin 11 ayı ərzində sözügedən məhsulların ölkəyə idxalı miqdar ifadəsində 8,3%, dəyər ifadəsində 16,8% artıb.

2017-ci ildə Azərbaycana 249 mln. 15,83 min dollar dəyərində 15,65 min ton əczaçılıq məhsulları idxal olunub.