Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun ötənilki faiz xərcləri əvvəlki ilə nisbətən az olub.

Bunlar 'Bank VTB Azərbaycan', 'Turan Bank', 'Amrah Bank', 'Yapı Kredi Bank Azərbaycan', 'Atabank', 'Access Bank', İran və Pakistan Milli Banklarının Bakı filialları, 'Azərbaycan Beynəlxalq Bankı'dır. Ən çox azalma 'Azərbaycan Beynəlxalq Bankı'ında (35,2%), ən az azalma isə 'Bank VTB Azərbaycan'da (2,2%) qeydə alınıb.

Qalan 21 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika 'Bank of Baku'da (2,2 dəfə), ən aşağı dinamika isə 'PAŞA Bank'da (5,2%) qeydə alınıb.

6 bankın qeyri-faiz xərcləri 50 milyon manatdan çoxdur.

2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın qeyri-faiz xərcləri 50 milyon manatan çox olub.

Bunlar 'Kapital Bank' (159,462 milyon manat), 'Azərbaycan Beynəlxalq Bankı' (117,228 milyon manat), 'PAŞA Bank' (79,379 milyon manat), 'Unibank' (60,379 milyon manat), 'Access Bank' (60,309 milyon manat) və 'Bank of Baku'dur (57,03 milyon manat).

Qalan 24 bankdan 17-də qeyri-faiz xərcləri 10-50 milyon manat arasında, 7 bankda isə 10 milyon manatdan azdır.