Azərbaycana ötən il Rusiyadan 800 min turist gəlib.

“Report” xəbər verir ki, bunu mətbuat konfransı zamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“2018-ci ildə Azərbaycana 800 min rusiyalı turist gəlib, deməli, Azərbaycan Rusiya üçün daha cazibəli yerə çevrilir. Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb, qarşılıqlı əməkdaşlıq qurulur”, – səfir deyib.

O, iki ölkə arasında müntəzəm təyyarə reyslərinin də açıldığını xatırladıb: “Ölkəmizin regionları ilə Azərbaycan arasında daşımalar həyata keçirəcək rəsmi hava daşımaçılarının sayını daha da artırmaq üçün müzakirələr aparılır”.

Diplomat Xəzərdə turist gəmi reyslərinin də açılmasına hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb.