Bu ilin yanvar-aprel aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 63,1 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon dollar azdır.

Məlumata görə, ötən ilin eyni aylarında ölkə şəkər idxalına 68 milyon dollar xərcləyib.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,16%-ni təşkil edib.

 

Gözəl Həşimova