“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Azərbaycan siyahıda üçüncü yeri tutub.

Rusiyalı turistlər sorğu zamanı Belarusa 27%, Qazaxıstana 22%, Azərbaycana 16%, Özbəkistana 12% və Ermənistana isə 9% səs veriblər.

Reytinq ekskursiya turları bazarının araşdırılması və internetlə aparılan sorğu əsasında tərtib olunub.

"TurStat"ın məlumatına görə, MDB ölkələrində ildə 3 milyondan çox ekskursiya səyahəti və turu həyata keçirilir. Turların orta hesabla dəyəri 500-1000 dollar təşkil edir.

İqtisadiyyat.az