Azərbaycanda əhali tərəfindən 2019-cu ilin yanvar-may ayları ərzində satılmış nağd avronun həcmi 92 456,6 avro, alışın həcmi isə 270 372,7 avro təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satış həcmi 8,6% artıb, alış həcmi isə 2,6% azalıb.

Beləliklə, yanvar-may aylarının yekunlarına görə, əhali tərəfindən nağd avronun satışı alışın həcmini 2,9 dəfə üstələyib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında avronun orta məzənnəsi 1,9201 manat olub.