Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanət ilə verilmiş biznes kreditlərinin məbləği 262,633 milyon manat təşkil edib.

İqtisadiyyat.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,6% çoxdur.

Ötən ilin sonuna Fondun kreditlərə verdiyi zəmanətin məbləği isə 155,48 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 11,7% çoxdur.