Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb

İqtisadiyyat.az xəbər verir ki, 21 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 203,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 236,2 dollar) ilə müqayisədə 2,6% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.