Mərhum Xalq artisti Amalya Pənahovanın adı əbədiləşdirilərək, yaşadığı binaya onu adı veriləcək.

İqtisadiyyat.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Xalq artisti Amalya Əliş qızı Pənahovanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə:

Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.