Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətində "linyit kəndi" kimi tanınan Lützerath şəhərində ətraf mühit fəalları ilə nümayişçilər arasında dava düşüb. 

Polis ağac evlərdə yaşayan ətraf mühit fəallarının qurduğu barrikadaları sökərək Lützerathin mərkəzinə doğru irəliləməyə başlayıb. 

Lützerathdə linyit kömürü çıxaran enerji şirkəti RWE-yə etiraz edən yüzlərlə nümayişçinin ərazidən çıxarılması qərarına müqavimət göstərəcəklərini bəyan etdikləri, barrikadalar quraraq, xəndəklər qazdıqları, ağaclara zəncirləndikləri və tikintilər apardıqları müşahidə edildi. Polis və inşaat vasitələrinin qarşısını almaq üçün çatılması çətin olan ağacların zirvəsində kazarmalar edildi. 

Zaman-zaman polislə yerlərini tərk etmək istəməyən nümayişçilər arasında mübahisə və toqquşmalar yaşanmağa başlayıb . 

Ətraf mühitin qorunmasının cinayət olmadığını müdafiə edən nümayişçilər polisin sərt davranışını tənqid ediblər. 

Kənar rayonlarda barrikadaları götürən polislərin gün ərzində və ya sabah Lützerathə daxil olması ilə hadisələrin daha da böyüyə biləcəyi gözlənilir.