NATO -nun baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Şarl Mişel Şimali Atlantika Alyansı ilə Avropa İttifaqı arasında hərbi əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat NATO-nun saytında yayımlanıb.  

Sazişin imzalanma mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilib. 

NATO ilə Brüssel arasında imzalanan üçüncü saziş İki il idi ki, müzakirə olunurdu. 

Qeyd edək ki, sazişin imzalanmasını ləngidən səbəblər Rusiya ilə Ukrayna arasında hərbi münaqişə və Türkiyə ilə Kipr arasındakı gərginlik olmuşdu.