Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen, Aİ-nin Rusiyaya təzyiqlərini artırmağa davam etməli olduğunu və Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib.


İqtisadiyyat.az xəbər verir ki, Von der Leyen Avropa İttifaqına sədrliyi üçün səfər etdiyi İsveçdə baş nazir Ulf Kristersson ilə birgə mətbuat konfransı keçirib.

“Biz Rusiyaya təzyiqləri artırmağa davam etməliyik və əlbəttə ki, Ukraynaya sarsılmaz dəstəyimizi davam etdirəcəyik”.

Von der Leyen, bu aydan etibarən Ukrayna üçün 18 milyard avroluq dəstək paketinin ilk tranşını paylamağa başlayacaqlarını söyləyib.

Von der Leyen bunun Aİ-nin hər hansı tərəfdaş ölkəyə təklif etdiyi ən böyük makro maliyyə yardımı paketi olduğunu vurğulayaraq, Ukraynanın yenidən qurulmasına da hazırlaşdıqlarını və G7 ilə birlikdə qurduqları beynəlxalq ianə platformasının fəaliyyətə başlayacağını bildirib.