Dünya neft ehtiyatlarının 50%-ə sahib olan Venesuela, İran və İraq eyni zamanda dünyanın ən kasıb xalqları arasında yer alır. Bu 3 ölkənin ortaq özəllikləri isə ABŞ-ın sanksiya və müdaxilələrinə uğramalarıdır.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, dünyanın cəmi neft ehtiyatları 1530 milyard bareldir. Bunun da 30%-i Venesuelanın payına düşür- 300 milyard 900 milyon barel. İlk 5-likdə yer alan İran və İraq isə cəmi neft ehtiyatlarının 20%-ə sahibdir. İranın neft ehtiyatları-158 milyard 400 milyon, İraqda isə-142 milyard 500 milyon barel olaraq hesablanıb. Dünya neft ehtiyatlarının 50%-ə sahib olan bu ölkələr eyni zamanda dünyanın ən kasıb ölkələri sırasındadırlar. Venesuela bolivarı-0.1587 dollar, İran rialı-0.000024 dollar, İraq dinarı isə-0.000843 dollar dəyərindədir. Ümumdaxili məhsula görə dünya sıralamasında Venesuela 13.480 dolalrla 73-cü, İran 12.986 dollarla 75-ci, İraq 7.004 dollarla 109-cu yerdədir.

Dünyanın ən varlı 10 ölkəsi isə bunlardır: Qətər, Lüksemburq, Sinqapur, Norveç, Bruney, ABŞ, İsveçrə, San-Marino, Kanada və Avstraliya.

Mehman Nəbiyev