ABŞ prezidenti Co Bayden, Meksika prezidenti Andres Manuel Lopez Obrador və Kanadanın baş naziri Castin Trüdo Braziliyada keçmiş prezident Jair Bolsonaronun yüzlərlə ifrat sağçı tərəfdarının Milli Konqresə basqını pisləyiblər.


İqtisadiyyat.az xəbər verir ki, Şimali Amerika Liderlər Zirvəsi çərçivəsində Meksikanın paytaxtı Mexikoda bir araya gələn liderlər, Braziliyada baş verənlərlə bağlı ortaq açıqlama verib.

Bəyanatda liderlər Kanada, Meksika və ABŞ-ın "Braziliya demokratiyasına və sülh yolu ilə güc transferinə qarşı 8 Yanvar hücumlarını" pislədiklərini və "Demokratik təsisatlarını qoruyan Braziliyanın" yanında olduqlarını qeyd ediblər.

“Hökumətlərimiz Braziliya xalqının azad iradəsini dəstəkləyir” bildirən üç lider Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə işləməyi səbirsizliklə gözlədiklərini vurğulayıblar.