ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə uçuş zamanı qəzaya uğrayıb.

İqtisadiyyat.az xəbər verir ki, “Lockheed L12” tipli şəxsi tarixi təyyarə Cənubi Kaliforniyada Çino Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.

Təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.

Ölənlərin şəxsiyyəti açıqlanmayıb.

Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın baş vermə səbəblərini araşdırır.