Macarıstan bu ölkədə Macarıstan biznes şirkətlərinə qarşı ayrı-seçkilik bitənə qədər Avropa Sülh Fondundan Ukraynaya 6,5 ​​milyard avronun ayrılmasına mane olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Lüksemburqda Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

"Bu gün mən açıq şəkildə bildirdim ki, Ukrayna hakimiyyəti macar şirkətlərinə qarşı diskriminasiyanı dayandırmayana qədər 6,5 milyard avro ayırmaqdan söhbət gedə bilməz", - Siyarto Lüksemburqda Aİ xarici işlər nazirlərinin görüşündən sonra macar jurnalistlərlə görüşündə deyib.