Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada vəba pandemiyası səbəbindən həyatını itirənlərin sayı 53-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris jurnalistlərə bildirib.

Onun sözlərinə görə, vəba pandemiyası yanvar ayından bəri ölkənin 31 əyalətinin 107 bölgəsinə yayılıb. Bu müddət ərzində bu bölgələrdə 1528 vəba hadisəsi müşahidə edilib.

Qeyd edək ki, ötən il Nigeriyada 3 mindən çox vəba hadisəsi qeydə alınıb və 100-dən çox insan ölüb.

 

Gözəl Həşimova