Türkiyənin yerli telefon markası General mobile, prezident Rəcəb Tayyib Ərdoğana özəl olaraq “ağıllı” telefon hazırlayıb. İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, arxa qapağında prezidentliyi bildirən yazı və Ərdoğanın imzası olan telefon General Mobile tərəfindən Ərdoğana verilib.

General Mobile-nin idarə heyətinin sədri Səbahəddin yaman, Müstəqil Sənayeçi və İş Adamları dərnəyinin 25-ci toplantısında Türkiyə Prezidenti ilə görüşüb. Görüş zamanı Səbahəddin Yaman yerli istehsal olan GM 9Pro modelini Ərdoğana verib.

General Mobile şirkəti 150 milyon lirə(44 milyon 117 min manat)ilə İstanbulda qurulub. Hazırda 33 ölkəyə ixracatla məşğuldur. Türkiyədə öndə gedən yerli şirkəti, Hollandiyada 4-cü, Özbəkistan, Gürcüstan, Xorvatiya, Azərbaycan və Belorusiyada isə ilk 5 markadan biri olduğu deyilir.

Ərdoğana təqdim edilən telefonun özəllikləri bunlardır:

64 GB yaddaş, 4GB RAM, gümüş və qızıla çalan rənglər, 175 qram çəki.

Qiyməti isə 1699 lirədir.(499 manat)

 

Mehman Nəbiyev