Bu barədə İqtisadiyyat.Az türk mediasına istinadla xəbər verir. İngilis idman avtomobilləri istehsalçısı Lotus-un nümayiş etdirdiyi ilk tam elektrikli modeli Evija-ya Türkiyədən sifariş gəlib.

“Lotus Cars” Türkiyə təmsilçisi Royal Motors idarə heyətinin sədr müavini A.Hilal Aysal, 2020-ci ildə istehsalına başlanılacaq 2.1 milyon dollarlıq avtomobil üçün Türkiyədən də sifarişlər aldıqlarını bildirib.

Sadəcə 130 ədəd istehsal olunacağı bildirilən avtomobil 972 at gücündə olacaq və 1700 Nm tork istifadə edəcək.

Tək parçalı karbon fiber monokok kuzovu ilə 1680 kq olan avtomobil, Lotus-un bugünə qədər istehsal etdiyi ən yüngül avtomobil olması ilə diqqəti çəkir.

2017-də çinli istehsalçı Geely tərəfindən alınan Lotus-un, SUV model istehsal faəliyyəti davam edir.

 

Mehman Nəbiyev